Atəşkəs zamanı ölən erməni hərbçiləri: Gümrü - SİYAHI

Atəşkəs zamanı ölən erməni hərbçiləri: Gümrü -  SİYAHI
  15 Avqust 2016    Oxunub:33837
“Dağlıq Qarabağ Ermənistan üçün lazım olmayan ərazidir. Qarabağ indiki hərbi xunta ilə razılaşmayanlar üçün sürgün yeri rolunu oynayır. Onları orada “sındırırlar”. Onlar hərbi xidmətdən sonra cəmiyyət üçün fiziki və psixi baxımdan yararsız olur. Erməni ordusunda hökm sürən bu ağır və dözülməz vəziyyətə dünyanın hər hansı yerində rast gəlmək mümkün deyil.

AzVision.az xəbər verir ki, rəhbərlik tərəfindən ordudakı intiharların sayı ciddi şəkildə gizlədilir, ölənlərin valideynləri isə daimi hədə-qorxu altında yaşamağa məcburdur. Hərbi rəhbərlik bu məsələdə beynəlxalq təzyiqdən çox qorxur. Ona görə də hər vəchlə yaranmış vəziyyəti ört-basdır etməyə çalışır” - Avropada mühacir həyatı yaşayan zabit Paruyr Stepanyanın beynəlxalq təşkilatlara təqdim etdiyi sənədlərdən.

Erməni ordusunda mövcud gərgin münasibətlər, qanun pozuntuları, aparılan cinayətlər fonunda ağır psixoloji sarsıntılar nəticəsində öldürülən və ya intihar edən hərbçilərlə bağlı silsilə araşdırmaları davam etdirərək, sizlərə növbəti siyahını təqdim edirəm. Araşdırmada, Gümrü şəhərindən erməni ordusuna çağırılan əsgər və zabitlərin adları, o cümlədən onların yaşadıqları ünvanlar göstərilib. Belə ki, atəşkəsdən sonra, həmin şəhərdən Ermənistan ordusuna qəbul edilən və nəticədə həlak olan əsgər, zabitlərin sayı müxtəlif məlumatlara görə, 150 nəfəri üstələyir.

Aşağıda Gümrü şəhərindən 12 may 1994-cü il- 30 aprel 2013-cü ilə kimi erməni ordusuna çağırılan və müqaviləli hərbi xidmət keçərkən zərərsizləşdirilən və ya intihar edən erməni əsgərlərinin siyahısı göstərilib:







Qeyd: 124 və 125 nömrəli şəxslərin adları müəyyən edilməyib.



Şahin QOCAYEV
AzVision.az




Teqlər:  





Xəbər lenti