İnsanın şüuru ölümündən sonra da yaşayır

İnsanın şüuru ölümündən sonra da yaşayır
  15 Avqust 2016    Oxunub:7485
Böyük Britaniyanın Sauthempton Universitetinin alimləri bildiriblər ki, insanın şüuru hətta onun ölümündən sonra da yaşayır və düşünür.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Britaniya alimləri kliniki ölüm yaşayan 2 min könüllünün iştirakı ilə tədqiqat aparıblar. Müəyyən olunub ki, cismin ölməsi şüurun son mərhələsi deyildir.

Belə ki, alimlər hesab edir ki, fiziki ölüm gələndə insanın fikirləri başqa instansiyaya köçür. Yeni tədqiqatın nəticələri sübut edilib ki, kliniki ölüm başlayandan sonra insan şüuru hələ təqribən 3 dəqiqə fəaliyyət göstərir.Tədqiqat iştirakçılarının çoxu bildirib ki, kliniki ölüm vaxtı baş verənlərin hamısını xatırlayır.

Qeyd edək ki, bundan öncə alimlər hesab edirdi ki, ürək dayanandan 30 saniyə sonra beynin də fəaliyyəti donur.

AzVision.az


Teqlər:





Xəbər lenti