Gənclər birliyi iftar verib

Gənclər birliyi iftar verib
  05 Avqust 2013    Oxunub:1235
Gənclərin Mənəvi İnkişafı İctimai Birliyi Ramazan ayı münasibətilə Hilton oteli, Sky Grill restoranında iftar süfrəsi təşkil edib.
İctimai Birliyin sədri Ramiq Vəliyev ilk növbədə bütün qonaqları salamlayaraq, müqəddəs ramazan ayı münasibəti ilə təbrik edib. O, Azərbaycan dövləti və xalqınının inkişafını və bütövlüyünü təmin edən milli-mənəvi dəyərlərini qorumaq, Heydər Əliyevin dövlətçilik prinsiplərinə qəlbən bağlı, dünyəvi dövlət quruluşunu və demokratiyanın inkişafını müdafiə edən inanclı, müasir və bilikli nəsillər yetişdirmək məqsədilə fəaliyyət göstərən təşkilatın fəaliyyətləri barədə qısa məlumat verib. Müasir azərbaycan gəncinin İslam dünyasında baş verən problemlərin əsas səbəbi olan dinsizlik və xurafatla fikri mübarizə aparmalı olduğunu vurğulayıb.

Daha sonra dövlətimizin birliyi və bütövlüyü, işğal olunmuş torpaqlarımızın azad olunmasi və bütün dünyada baş verən bəlaların bitməsi üçün dua edilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, eləcə də digər rəsmi şəxslər, elm ve təhsil işçiləri, iş adamları və mətbuat nümayəndələri iştirak ediblər.




Teqlər:





Xəbər lenti