Bir dəqiqədə 300 səhifə oxuyan azərbaycanlı uşaq – VİDEO
Təxmini hesablamalara görə Vaqif 1 dəqiqə ərzində 15000-dən artıq söz oxuya bilir. Bu isə dünya üzrə yeni rekord deməkdir. Belə ki, sürətli oxuma üzrə ilkin rekordu amerikalı bir gənc vurmuşdu. O, 1 dəqiqəyə 6000 söz oxuya bilmişdi. Amma ötən il həmin gəncin rekordunu Türkiyə vətəndaşı olan 12 yaşlı Tarık Yiğit təkrarlamış və hətta yeni rekorda imza atmışdır. Tarık Yiğit 1 dəqiqə ərzində 11 min 725 söz oxumuşdu ki, bu da yeni rekord demək idi.
İndi isə bu rekordu yeniləyir 13 yaşlı yeniyetmə həmvətənimiz Vaqif Rüstəmov yeniləyir. O, bir saat ərzində təxminən 10-12 kitabı oxuya bilir. Onda bu vərdişin yaranmasında Alfa Tədris Mərkəzinin müstəsna xidmətləri olub. Belə ki, Alfa Tədris Mərkəzində şagirdlərə sürətli oxumanın texnikaları aşılanır. Vaqif Rüstəmov da bu imkanlardan yararlanaraq hazırda qeyd olunduğu kimi rekord vurmağa hazırlaşır.
Hər kəs bu cür intellektual yeniyetməmizə dəstək olmalıdır ki, onun adı tarixə bir Azərbaycanlı kimi dünya rekordçusu olaraq həkk edilsin.