Baş Prokurorluq Elşad Abdullayev barədə xəbəri təsdiqlədi

Baş Prokurorluq Elşad Abdullayev barədə xəbəri təsdiqlədi
  06 Avqust 2013    Oxunub:1231
Bir az əvvəl saytımızda yayılan xəbərdə bildirmişdik ki, Kiyevin Obolon rayon məhkəməsi orqan mafiyasının işini araşdırarkən Elşad Abdullayev barədə faktları Ukrayna Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
Bununla bağlı Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun AzVision.az-a verdiyi açıqlamada deyilir ki, həqiqətən də Kiyev şəhərinin Obolon rayon məhkəməsinin Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev və universitetin nəzdində fəaliyyət göstərən Tibb Mərkəzinin vəzifəli şəxsləri barəsində xüsusi qərardadın çıxarılması ilə bağlı Ukrayna Baş Prokurorluğu tərəfindən məlumatlandırılıblar. Həmin sənəd Ukrayna Baş Prokurorluğu vasitəsilə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərildikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək.


Teqlər:  





Xəbər lenti