Əmanətçilərə nə qədər pul verilib?
30 avqust 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 7 milyon 350 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 231 min manatdan artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 8 milyon 581 min manatdan artıq kompensasiya ödənilib.
30 avqust 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 061 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 895 min 554 manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 119 milyon 604 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 milyon 560 min manatdan artıq kompensasiya ödənilib.
Ümumilikdə Fond tərəfindən 9 bank üzrə 226 milyon 43 min manatdan artıq kompensasiya ödənilib.
AzVision.az
Teqlər: