Dəmiryolu Vağzalı biznes mərkəzə çevriləcək
Sədr əlavə edib ki, Bakı Sərnişin Dəmiryolu Vağzalında yenidənqurma işlərindən sonra tamamilə yeni xidmət sahələri istifadəyə veriləcək. Belə ki, vağzalın hazırda təmir işləri aparılan binası biznes mərkəz kimi fəaliyyət göstərəcək:
`Bakı Sərnişin Dəmiryolu Vağzalında artıq bilet satışını həyata keçirməyəcəyik. Bu fəaliyyət vağzalın birinci mərtəbəsində "ASAN Xidmət" tərəfindən icra olunacaq. İkinci mərtəbədə "ASAN Kommunal Mərkəzi" yerləşəcək. Daha sonra birinci mərtəbdə brend mağazalar üçün yer ayrılacaq. Bunun üçün də tender elan edəcəyik. Bakı Sərnişin Dəmiryolu Vağzalında mağaza açmaq istəyən şəxslər tenderə müraciət etməli olacaqlar. Bundan başqa, vağzalda olan əvvəlki "dəmiryolu" çörəyi, "dəmiryolu" kökələri kimi xoş ənənənlər yenidən bərpa olunacaq`.
AzVision.az