Zibillikdən 300 yaşlı klim tapılıb - Video
Tərtər rayon Tarix Diyarşünaslıq muzeyində bərpaçı işləyən Aybəniz Məmmədova qədim əşyanı işlədiyi müəssisəyə təhvil verir. Amma öncə kilimin üzərindəki bəzi çirkabları təmizləyərkən maraqlı bir faktın şahidi olur. Ən güclü yuyucu maddədən istifadə etsə də qədim əşyanın rəngini itirmədiyini görür: “Ən güclü xlorla yudum. Heçnə eləmədi”.
Yaşlı nəslin nümayəndələrinin bildirdiyinə görə, kilimin tarixi qədimdir. Onun “Qarabağ” çeşnisi üzərində toxunduğu bildirilir.
Tərtər rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Mürsəlov isə deyir ki, incə toxunuşlu naxışların əks olunduğu tarixi əşya artıq rayon Tarix Diyarşünaslıq muzeyində ekspont kimi siyahıya daxil edilib. “Kilimin tarixi təxminən 18-ci əsrə aiddir. İndi onunla bağlı dəqiq rəyin verilməsi üçün mütəxəssislərə müraciət edilib” deyə Tərtər Mədəniyyət və Turizm şöbəsinin müdiri Gündüz Mürsəlov vurğulayıb.
Gündüz Mürsəlovun sözlərinə görə, qədim kilim yaxın vaxtlarda inşası başa çatacaq Tərtər Tarix Diyarşünaslıq Muzeyinin yeni binasında ayrılacaq xüsusi vitrində sərgilənəcək. (Region TV)
AzVision.az