244 ədəd saxta daraq satışdan çıxarılıb.

 244 ədəd saxta daraq satışdan çıxarılıb.
  08 Avqust 2013    Oxunub:7024
Haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Rövşən Mişiyev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Mişiyev Rövşən Adil oğluna məxsus mağazada aparılan yoxlama zamanı satışda "Baş Keçid Company" MMC-yə məxsus "Rodeo" əmtəə nişanının təqlidi olan və mənşəyi məlum olmayan saxta şotka-daraqlar aşkar edilib. Aşkar edilmiş 244 ədəd "Rodeo" əmtəə nişanlı saxta şotka-daraqlar satışdan çıxarılıb.

AzVision.az




Teqlər:  





Xəbər lenti