SOCAR-ın istiqrazları qeydiyyata alınıb
“MBNP-yə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq bildiririk ki, kommunikasiya kampaniyası zamanı istifadə olunan vizual materiallar qiymətli kağız deyil və reklam məqsədilə istifadə olunur. Sənədsiz istiqrazların mülkiyyətçilərinin hesablarının uçotu Milli Depozit Mərkəzi tərəfindən aparılacaq”, - deyə məlumatda vurğulanıb.
Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Prezident İlham Əliyevin 3 fevral 2016-cı il tarixli fərmanı ilə yaradılıb.
AzVision.az