Papanın biri də o söz...

Papanın biri də o söz...
  25 Fevral 2013    Oxunub:1844
Xristian dünyasında ikinci istefa şoku... İngiltərənin ən yüksək çinli katolik kardinalı Obrayn istefa verib.
Bir müddət öncə « rahiblər də evlənməlidir » açıqlaması ilə gündəmə gələn Şotlandiyada Katolik Kilsəsinin rəhbəri, kardinal Keis Obraynın gözlənilməz qərarına səbəb « 30 il öncə bəzi rahiblərə qarşı nalayiq hərəkətlər etməsi ilə bağlı » ittihamlarla üzləşməsidir.
Obrayn bir sabiq və üç hazırki rahib tərəfindən irəli sürülən ittihamları inkar etsə də ittihamların ortaya atılmasından dərhal sonra istefa verməsi diqqətdən qaçmayıb.
Kardinalın istefası qəbul edilib və Obraynın yeni Papanın seçilməsində iştirak etməyəcəyi açıqlanıb.



Teqlər:  





Xəbər lenti