“Mahir Abdullayevin öldürüldüyü yer məlumdur”
Vəkil daha bir şok açıqlama verib: “Mən sizə E.Abdullaeyevdən fərqli olaraq bir şok məlumatı da deyim ki, Mahir Abdullayevin öldürülməsi məkanı da məlumdur”.
Ramiz Zeynalov vurğulayıb ki, nə qədər ki, Elşad Abdullayev Fransadadır və istintaq tərəfindən onun həbsi təmin edilməyib, o belə təhdidli açıqlamaları və videolarını davam etdirəcək: “O, Azərbaycandan apardığı çirkli pullar sayəsində hələ ki, Fransada başını girləyir. Hesab edirəm ki, o, tezliklə Azərbaycana ekstradisiya olunmalıdır. Çünki qardaşının ölumundə birbaşa əli olan şəxs qanun və ailə, qohum-əqraba qarşısında cavab verməlidir. Həmçinin qatili olduğu qardaşının övladları qarşısında cavabdehlik daşımalıdır”.
Hüquq müdafiəçisinin sözlərinə görə, yaxın günlərdə bu barədə rəsmi açıqlama veriləcək, bəyanat yayılacaqdır. “Bax onda E.Abdullayevin ümumiyyətlə, deməyə sözü olmayacaq” – deyə R.Zeynalov bildirib.