100 min insan Marsda ölmək istəyir

100 min insan Marsda ölmək istəyir
  13 Avqust 2013    Oxunub:1422
Hollandiyanın “Mars One” şirkəti 2023-cü ildə Marsa planlaşdırdığı səfərə hazırlaşır.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkətin 2023-cü ildə reallaşdırmağı planlaşdırdığı və geri dönüşü olmayacaq Mars səyahəti üçün müraciət edən könüllülərin sayı artıq 100 minə çatıb.

Şirkət səfər üçün onların arasından 4 min qadın və 4 min kişi seçəcək. Marsa getmək üçün lazım olan kosmik vasitənin 2016-2022-ci illərdə inşa ediləcəyi, lazım olan vəsaitin isə müraciət edənlərin ianələri hesabına toplanacağı gözlənilir.

Bu layihə 2030-cu ildə Marsa insan göndərməyi planlaşdıran ABŞ-ı geridə qoyacaq. Mars səfərinin təhlükəsizliyi və bu işdə könüllü olan sərnişinlərin sağ qalsalar belə Marsda necə yaşayacaqları isə hələ müzakirə olunur. Alimlər bildirir ki, Marsa səfərdə ən böyük maneə yüksək radiasiyadır.

Fatimə KƏRİMLİ



Teqlər:





Xəbər lenti