Nazir müavini ciddi qanun pozuntularından danışdı
“Nazirliyin mərkəzi aparatında struktur dəyişikliyi edilib. Həmin dəyişikliklər nəticəsində ilk növbədə nazirliyin tabeli qurumlarına nəzarətin həyata keçirilməsi, mütəmadi olaraq maliyyə yoxlamalarının və auditin aparılması məqsədilə daxili nəzarət, audit şöbəsi, maddi-texniki təchizatın bir mərkəzdə cəmlənməsi və idarə edilməsi məqsədilə təsərrüfat və maddi-texniki təchizat şöbələri yaradılıb. Ötən dövr ərzində maliyyə intizamının gücləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülüb. Əvvəlki illərdən yığılmış borclar tədiyyə edilib və onların restrukturizasiyası aparılıb.
Sözügedən proseslər nəticəsində bir sıra şişirdilmiş borclar mövcudluğu aşkar edilib, aparılan danışıqlar nəticəsində həmin borclar azaldılıb. Belə ki, "Huawei", "ZTE" və bir sıra şirkətlərlə bağlanmış müqavilələr üzrə yığılmış kreditor borclarında endirimlər edilməsi üçün aparılmış danışıqlar nəticəsində milyonlarla manat vəsaitə qənaət edilib. Görülmüş işlər nəticəsində "Huawei" şirkətinə olan köhnə bor tamamilə bağlanıb, "ZTE" şirkətinə olan borcların ödənişi isə qrafik üzrə aparılıb”.
AzVision.az
Teqlər: