İrana qarşı sanksiyalar qaldırılacaq

İrana qarşı sanksiyalar qaldırılacaq
  26 Fevral 2013    Oxunub:1915
Altılıq ölkələri ilə İran arasında nüvə danışıqları başlayıb.
Bu gün Qazaxıstanın Almatı şəhərində İranla beynəlxalq güc strukturları arasında növbəti nüvə danşıqlarına start verilib.
Birləşmiş Ştatlar, Rusiya, Çin, Böyük Britaniya Almaniya və Fransadan ibarət altılıq ölkələrinin Yaxın Şərqi yeni dünya müharibəsi ilə üz-üzə qoyan bu problem həlli üçün Tehrana yeni təkliflər irəli sürəcəyi gözlənilir. Məlumata görə altılıq ölkələri nüvə silahı istehsal etməkdən əl çəkəcəyi təqdirdə rəsmi Tehrana qarşı tətbiq edilən bəzi sanksiyaların aradan qaldırılacağı ilə bağlı təklif” edəcəklər.
Qeyd edək ki, İran nüvə silahı istehsal etdiyini təkzib edir və nüvə proqramının enerji əldə etmək məqsədi daşıdığını bildirir.
Diplomatlar bu dəfəki müzakirələrdən müsbət nəticə gözləməsələr də, gərginliyi azaldacaq növbəti danışıqlarla bağlı razılıq əldə ediləcəyinə ümid edirlər.


Teqlər:  





Xəbər lenti