Havada partlayıb öldülər-FOTOLAR

Havada partlayıb öldülər-FOTOLAR
  26 Fevral 2013    Oxunub:2234
Misirin Luksor şəhərində içərisində 21 nəfər olan hava şarı partlayıb.
Misirin Luksor şəhərində baş verən insident nəticəsində 15 turist həyatını itirib. Xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib. 1 turist və pilotun həyatını xilas etmək mümkün olub.
Hadisə səhər saatlarında baş verib. İçərisində 21 nəfər olan hava şarı Misirin paytaxtı Qahirədən 510 km məsafədə yerləşən Luksor şəhəri üzərindən keçərkən partlayıb və 300 metr hündürlükdən aşağı düşüb. Qəza qurbanlarının 20-nin turist olduğu bildirilir. Onlardan 9-u Honqkonq, 4-ü Yaponiya, 2-si Britaniya, 2-si isə Fransa vətəndaşlarıdır. Pilot və daha bir sərnişin isə Misir sakini olub.
Hazırda ölənlərin cəsədlərinin axtarışları davam etdirilir.

Qalereya




Teqlər:  





Xəbər lenti