Dollar kəskin ucuzlaşır - Trampın qələbəsinə görə
Dollar yapon yeninə qarşı 3%, İsveçrə frankına qarşı isə 2%-dən artıq ucuzlaşıb.
Trampın qələbəsi bazarlarda qeyri-sabitlik yaradıb. S&P 500 indeksi üçün fyuçerslər 4,3%-dən artıq düşüb. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.
Bundan fərqli olaraq, Meksika pesosu, Kanada, Avstraliya və Yeni Zelandiya dolları ABŞ dolları ilə müqayisədə dəyərdən düşüb.
İlkin Nəcəfzadə
AzVision.az