Əmanətçilərə 698 milyon ödənilib
Qeyd olunub ki, noyabrın 16-da “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 193 min manat, “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 880 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 16 milyon 073 min manatdan artıq kompensasiya verilib.
Noyabrın 16-da “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min, “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat, “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 080 min manatdan artıq kompensasiya ödənilib.
“Bank Standard” KB-nin qorunan əmanətçilərinə 412 milyon 517 min manat artıq kompensasiya verilib. Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 698 milyon 890 min manatdan artıq kompensasiya verilib.
AzVision.az
Teqlər: