Avropa Türkiyəyə `yox` dedi - Danışıqlar dayandırıldı (VİDEOXƏBƏR)

Avropa Türkiyəyə `yox` dedi - Danışıqlar dayandırıldı (VİDEOXƏBƏR)
  24 Noyabr 2016    Oxunub:10532
Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı müzakirələrin müvəqqəti dondurulması barədə qərar qəbul edib.

AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Avropa Parlamentində keçirilən səs vermədə 479 deputat bu qərarın lehinə, 37 nəfər isə əleyhinə səs verib.

Qərar layihəsi parlamentdəki 8 qrup tərəfindən təqdim edilib və 9 maddədən ibarətdir. Sənəddə Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra atılan addımlar tənqid olunub.

Qeyd edək ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir. Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti