`Qarabağ bizim sağalmaz yaramızdır` - Türkiyə səfiri
Səfir bildirib ki, Ermənistan tərəfindən problemin həllinə dair haqsızlıqların artması problemin həllinə başlıca maneədir: “Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi olduqca vacibdir”.
E.Özoral qeyd edib ki, Türkiyə müstəqillik əldə etmiş türkdilli ölkələrin beynəlxalq aləmdə layiqli yer tutması üçün əlindən gələni edib. O, əlavə edib ki, bu gün Türkiyə türkdilli ölkələrin hazırkı səviyyəyə çatmasından çox böyük qurur duyur.
Anar Kəlbiyev
AzVision.az