Merkel 100 min miqrantı ölkədən çıxarır - VİDEOXƏBƏR
26 Noyabr 2016
Oxunub:3421
Bu ilin sonundək 60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir.
AzVision.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel Xristian Demokratik İttifaqı partiyasının toplantısında deyib. Onun sözlərinə görə, 60 min miqrant müxtəlif humanitar proqramlar çərçivəsində könüllü olaraq vətənlərinə qaytarılacaq ümumilikdə isə ölkədə qalmaq hüququ almayan 100 min miqrant Almaniyanı tərk etməli olacaq.
O, qeyd edib ki, onlardan üçdə biri zorla deportasiya ediləcək. Kansler xüsusən Əfqanıstandan gələn qaçqınları qeyd edib və bildirib ki, bütün əfqanların Almaniyaya köçməsi mümkünsüzdür.