Əmanətçilərə 711 milyon kompensasiya ödənilib
25 noyabr 2016-cı il tarixdə “Atrabank” ASC-nin qorunan əmanətçilərinə 14 milyon 218 min manat (ümumi kompensasiya öhdəliyinin 97 %-dən artıq), “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə 1 milyon 928 min manatdan (ümumi kompensasiya öhdəliyinin 92 %-i) artıq kompensasiya ödənilmişdir. 2 bank üzrə ümumilikdə 16 milyon 146 min manatdan artıq kompensasiya ödənilib.
25 noyabr 2016-cı il tarixdə “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə 24 milyon 147 min (ümumi kompensasiya öhdəliyinin 97 %-i), “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə 975 min manat (yəni ümumi kompensasiya öhdəliyinin 94 %-i), “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə isə 120 milyon 081 min manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98 %-i) kompensasiya ödənilmişdir. 3 bank üzrə ümumilikdə 145 milyon 205 min manatdan artıq kompensasiya ödənilib.
25 noyabr 2016-cı il tarixdə QSC “Bank Standard” KB-nin qorunan əmanətçilərinə 424 milyon 791 min manatdan artıq kompensasiya ödənilmişdir. Belə ki, ümumi kompensasiya öhdəliyinin 96%-i əmanətçilərə ödənib.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 711 milyon 557 min manatdan artıq kompensasiya ödənilib.
AzVision.az
Teqlər: