Heydər Camal Almatıda dəfn olundu - (VİDEOXƏBƏR)

Heydər Camal Almatıda dəfn olundu - (VİDEOXƏBƏR)
  06 Dekabr 2016    Oxunub:16229
Qazaxıstanda Rusiya İslam Komitəsinin sədri, məşhur teoloq və filosoflardan olan Heydər Camalla vida mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, vida mərasimi şəhərin Mərkəzi Məscidində baş tutub. Mərasimdən sonra Heydər Camal Almatıda `Kensay-2` qəbristanlığında dəfn edilib.

Heydər Camalın oğlu Orxan Camal dəfn mərasimində çıxış edərək atasının bəzi işlərinin yarımçıq qaldığını deyib: "Atamın yekunlaşmamış işləri qaldı. O, öləcəyini anlayırdı. Tələsirdi. Amma işlərini yekunlaşdıra bilmədi. Atamın bütün dünyada xeyli tələbələri var. Türkiyədə, Əfqanıstanda, Asiya qitəsində xeyli insanlar var ki, Heydər Camalın onların həyatına təsir etdiyini bildirirlər".

Qeyd edək ki, ötən gün Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal 70 yaşında dünyasını dəyişib.



Heydər Camal 6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.

Heydər Camal bir neçə kitabın müəllifidir.

H.Camal tanınmış filosof olmaqla yanaşı, həm də şimal qonşumuzda böyük nüfuza malik ictimai-siyasi xadim olub. Bir çox hallarda siyasi düşüncələri və açıqlamaları ilə gündəmə gələn H.Camalın hər bir fikri maraqla qarşılanıb, bəyanatları dünya KİV-ində özünə yer alıb. O, əslən Azərbaycanın Şuşa şəhərindəndir.











Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti