YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar - VİDEOXƏBƏR
10 Dekabr 2016
Oxunub:3804
Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri Fəxri xiyabanı ziyarət edib.
AzVision.az-ın məlumatına görə, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, Milli Məclis sədrinin müavini Bahar Muradova, YAP-ın rəhbər heyəti Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər.
Akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub.
Elvin Abdulqədirov
Foto: Elvin Abdulla AzVision.az