Büdcəsinin icrasında 962 milyonluq kəsir yaranıb
Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5%-ini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub. Bundan başqa ötən ay milli valyutamızın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,69 manata (ilin əvvəlindən 1,58 manata), 1 avroya - 1,83 manata (1,76), 100 Rusiya rubluna - 2,63 manata (2,35) bərabər olub.
Eyni zamanda Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2016-cı ilin yanvar-noyabr aylarında dövlət büdcəsinə 12 mlrd. 965,5 mln. manat vəsait daxil olub. Büdcədən 13 mlrd. 927,4 mln. manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 961,9 mln. manatlıq kəsir ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub.
AzVision.az