FES uçot dərəcəsini artırdı
TASS xəbər verir ki, FES uçot dərəcəsini 0,5 faizdən 0,75 faizə qaldırıb.
Qeyd edək ki, sonuncu dəfə FES uçot dərəcəsini ötən il artırmışdı. 2015-ci ilin dekabrında tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsinin illik 0-0,25 faiz artırılması barədə qərar qəbul edilmişdi. Bundan sonra keçirilən iclaslarda uçot dərəcəsi dəyişdirilməmişdi.
Ümumiyyətlə 2008-ci ildən indiyədək FES uçot dərəcəsini yalnız bir dəfə qaldırmışdı.
AzVision.az