Azərbaycanda 60 nəfər araqdan zəhərlənib - (VİDEOXƏBƏR)

Azərbaycanda 60 nəfər araqdan zəhərlənib - (VİDEOXƏBƏR)
  19 Dekabr 2016    Oxunub:12270
Spirtli içkilərdən zəhərlənmə ilə əlaqədar ay ərzində 4-5 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edir.

Bu barədə AzVision.az-a Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri, ölkənin baş toksikoloqu Azər Maqsudov bildirib. Onun sözlərinə görə, mərkəzə sərxoş halda müraciət edənlərin sayı daha çoxdur: “Belə ki, ay ərzində 10-15 nəfər sərxoş halla bağlı müraciət edir, onlar müayinə və müalicə edilib, evə buraxılır”.

Baş toksikoloq qeyd edib ki, bu il spirtli içkilərdən zəhərlənmə diaqnozu ilə 60-a yaxın şəxs mərkəzə müraciət edib. “Spirtli içkilərdən, əsasən araqdan zəhərlənmə ilə bağlı müraciətlər edilir. Arağın təsiri nəticəsində zəhərlənmə olur, qaraciyərin fəaliyyəti pozulur, ürəkbulanma, qusma, qarın ağrısı, baş gicəllənmə, mədə nahiyyəsində ağrılar meydana gəlir”.

A.Maqsudovun sözlərinə görə, bu il spirtli içkilərdən zəhərlənmə nəticəsində ölüm halı qeydə alınmayıb: “Keçən il bir nəfər araqdan zəhərlənmə ilə dünyasını dəyişmişdi. Bu il belə hadisə baş verməyib. Ümumilikdə isə keçən il spirtli içkilərdən zəhərlənmə ilə bağlı 52 nəfər mərkəzə müraciət etmişdi”.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti