ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücum - (VİDEOXƏBƏR)

ABŞ-ın Türkiyədəki səfirliyinə silahlı hücum - (VİDEOXƏBƏR)
  20 Dekabr 2016    Oxunub:6337
Bu gün ABŞ-ın Ankaradakı səfirliyi bağlanıb.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ səfirliyinin "Twitter"dəki səhifəsində məlumat yerləşdirilib.

Bildirilib ki, ABŞ-ın Ankaradakı səfirliyi, həmçinin İstanbul və Adanadakı konsulluğu bu gün bağlanıb. Bildirilir ki, bu gün iş günü olmayacaq.

***



Türkiyədə silahlı şəxs ABŞ-ın Ankaradakı səfirliyinə hücum etmək istəyib.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, polis hücum edən şəxsin qarşısını ala bilib.

O, səfirliyin binasına atəş açıb. Polislərin müdaxiləsindən sonra onu saxlamaq mümkün olub.

Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov güllələnərək öldürülüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti