Xalq artisti son mənzilə muğamla yola salındı - (VİDEOXƏBƏR)

Xalq artisti son mənzilə muğamla yola salındı - (VİDEOXƏBƏR)
  26 Dekabr 2016    Oxunub:46251
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış xanəndə Ağaxan Abdullayevlə vida mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər dövlət rəsmiləri, mədəniyyət nümayəndələri iştirak ediblər.

Xalq artisti Alim Qasımov görkəmli sənətkarla bağlı xatirələrini bölüşdükdən sonra onun şərəfinə muğam ifa edib.

Vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.

































Foto: Elvin Abdulla
AzVision.az


Teqlər:  





Xəbər lenti