Vitali Rəhimovun olimpiya medalı əlindən alınıb - (VİDEOXƏBƏR)

Vitali Rəhimovun olimpiya medalı əlindən alınıb - (VİDEOXƏBƏR)
  27 Dekabr 2016    Oxunub:17871
“Güləşçi Vitali Rəhimovun Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medal geri alınıb”.

Bunu AzVision.az-a eksklüziv açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı qərarı yerinə yetirilib.



Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan yunan-Roma güləşçisi Vitali Rəhimov 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qazandığı gümüş medaldan məhrum edilib. Bu barədə Beynəlxalq Olimpiya Komitəsi (İOC) qərar verib. Səbəb kimi 60 kq çəki dərəcəsində çıxış etmiş Rəhimovun dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. Onun orqanizmindən istifadəsi qadağan olunmuş dehidroxlormetiltestosteron (Turinabol) preparatı aşkarlanıb.

Artıq karyerasını başa vurmuş güləşçi, İOC-un qərarına əsasən, gümüş medalı və diplomunu geri qaytarmalı idi. Medalın kimə veriləcəyini isə Dünya Güləş Birliyi müəyyənləşdirəcək.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti