Ermənistanda 2 milyon insan səfalət içində yaşayır - (VİDEOXƏBƏR)

Ermənistanda 2 milyon insan səfalət içində yaşayır - (VİDEOXƏBƏR)
  10 Yanvar 2017    Oxunub:12236
Ermənistanda iki milyona yaxın insan yoxsulluqdan əziyyət çəkir.
Əksər erməni ailələri ötən ili kədərli hadisələrlə yola salıblar. Son bir ildə səfalət içində yaşayan insanların sayı bir qədər də artıb. Ermənistanın “Şirak” agentliyinin hazırladığı reportajda bildirilir ki, ölkədə əhalinin yaşayış səviyyəsi olduqca ağırdır. Dünya Bankının hesabatına əsasən, ailələrin aylıq gəlirləri 100 dolları keçmir. Bu məbləğlə yaşamağın mümkün olmadığı qeyd edilir.

Erməni sosioloqlar da həyəcan təbili çalırlar. Ermənistanda hər il 200 nəfərdən çox insan ağır həyat şəraiti səbəbindən intihar edir. Bu isə ölkənin təxminən bir kəndinin əhalisi qədərdir.

Ermənistanda ana ölümü də sürətlə artır. “Şirak” agentliyinin araşdırmasına görə, səfalət içərisində yaşayan analar əldə etdikləri cüzi maddi vəsait hesabına övladlarını zorla qidalandıra bilirlər. Aclıq və psixi sarsıntılar böyüklərlə yanaşı, uşaqların da sağlamlığına mənfi təsir göstərir. Nəticədə Ermənistanda müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların sayı artır.



AzVision.az


Teqlər:  





Xəbər lenti