Bugünkü qəzetlərdən ƏN MARAQLI SEÇMƏLƏR
“Prezident seçkilərində namizəd kimi iştirak etməyəcəm”
Prezident seçkilərinə namizəd kimi qatılmaq fikrim yoxdur. Bunu Azərbaycan milli istiqlal Partiyasının lideri Etibar Məmmədov deyib.
Prezident seçkisində kimin nə qədər şansı var?
Beləliklə bu il seçki ili olduğundan siyasi aləmdə bu barədə müzakirələr davam edir. Mirmahmud Mirəlioğlu ilə yanaşı İsa Qəmbər seçkidə iştirak edəcəyini bildirib. Digər tərəfdən isə seçkilərdə ən sürpriz namizədlərdən bir Ərəstun Oruclu ola bilər. Sərdar Cəlaloğlu isə seçkilərdə özünəməxsus bir taktika seçə bilər. Rüstəm İbrahimbəyov isə seçkilərə buraxılarsa əgər marafonun ən əsas simalarında biri ola bilər.
“Gülərqeyt” işində sensasion yeniliklər
Dünən mərhum KQB polkovniki Rövşən Heydərovun qızı Səyyarə Heydərova Elşad Abdullayevin ona yazdığı mesajları yayıb. Mesajların birində tanınmış politoloq Ərəstun Oruclunun da adı hallanır. Ə.Oruclu facebookda həqiqətən də özünü E.Abdullayev kimi təqdim edən şəxslə yazışdığını təsdiqləyib. Yazışmalarda Elşad Abdullayev Ə. Orucludan kömək istəyib lakin Ə. Oruclu bildirib ki, təəssüf ki, bu işə qoşula bilmərəm, amma sizə yardımçı olmaq istərdim. Ə.Oruclu qeyd edir ki, onunla yazışan şəxsin yüz faiz E.Abdullayev olduğuna əmin olmadığını qeyd edib. Məqalədə daha sonra qeyd olunur ki, Mahir Abdullayevin işi ilə bağlı sabiq rektora Fransada kömək edən blogger Elnur Məcidli facebook səhifəsində yaydığı açıqlamada rəsmi qurumların bundan sonra da yayımlanan sonuncu video ilə bağlı susqunluq nümayiş etdirəcəyi təqdirdə R.İldırımzadənin yeni videolarını yayacaqlarını bildirib. İldırımzadənin videodakı danışıqlarına bu qurumların açıqlama verməyə ləng tərpənməsi bu iki quruma da başucalığı gətirmir, əksinə, bu halın yaranması hər iki qurumun və bu qurumların başındakı şəxslərin bu cinayətlə birbaşa əlaqələrinin olduğunu ortaya çıxarır. İldırımzadə ilə bağlı rəsmi açıqlama bir az geciksə, bu şəxsin başqa videolarını da yaymaq məcburiyyətində qalacağıq.
Eks-spiker ACP-ni maliyyələşdirməkdən imtina edib?
“Eks-spiker Rəsul Quliyev lideri olduğu Açıq Cəmiyyət Partiyasının rəhbərliyində təmsil olunan beş nəfərə məktub yazaraq bundan sonra partiyaya maliyyə ayırmayacağı barədə onları məlumatlandırıb. Rəsul Quliyev partiya rəhbərliyinə maliyyələşməni bundan sonra üzvlük haqlarının toplanması ilə həyata keçirməyin məqsədəuyğun olduğunu bildirib”. Bu məlumatı əməkdaşımıza ACP Ali Məclisinin üzvlərindən biri verib. ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva isə bildirdi ki, Rəsul Quliyevin onlara hər hansı məktub və maliyyələşmə ilə bağlı nəsə deməsi barədə məlumat həqiqəti əks etdirmir.
Rusiya Azərbaycanda insan haqlarını “qoruyacaq”
Rusiya xarici ölkələrdə insan haqlarının müdafiəsini özünün yeni xarici siyasət konsepsiyasına daxil edib və artıq Kremlin nəzdindəki İctimai Palata Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə bu yöndə fəaliyyətə başlayacağını bildirir. Rusiya Federasiyası İctimai Palatasının rəsmi saytında yer alan məlumatda bu barədə deyilir. Palatanın beynəlxalq əməkdaşlıq və ictimai diplomatiya üzrə işçi qrupunun sədri Aleksandr Sokolovun saytda yer alan açıqlamasına görə, prezident Vladimir Putinin təsdiqlədiyi xarici siyasət konsepsiyasında İctimai Palatanın adına ilk dəfə ictimai diplomatiya subyekti kimi yer verilib. Putinin bugünlərdə təsdiqlədiyi konsepsiyanın “Beynəlxalq əməkdaşlıq və insan haqları” bölməsində deyilir.
Unikal
Fransada Ramil Səfərov mövzusu
Fransada “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması üçün qanun layihələri hazırlayan Marsel millət vəkili Valeriya Boyer Azərbaycan və Türkiyə ilə bağlı fikirlər səsləndirib. Fransada “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması üçün qanun layihələri hazırlayan Marsel millət vəkili Valeriya Boyer Azərbaycan və Türkiyə ilə bağlı fikirlər səsləndirib. Boyer ötən il avqustun 31-də Azərbaycan ordusunun Macarıstandan ekstradisiya olunan və dərhal azadlığa buraxılan zabiti Ramil Səfərov haqqında da xoşagəlməz fikirlər səsləndirib: “Macarıstanda erməni əsgəri öldürdüyünə görə həbs olunan Ramil Səfərov Azərbaycanda qəhrəman kimi qarşılanır. “Qatili qəhrəman olaraq qəbul edilən bir dövlətin sözlərinə necə inana bilirsiniz?”
Gündəm Xəbər
RİA Novosti notaya səbəb olan yazısını saytdan çıxardı
RİA “Novosti” agentliyi Azərbaycanın Rusiyaya nota verməsinə səbəb olan yazını saytan çıxarıb.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Vadim Dubnovun Dağlıq Qarabağ münaqişəsindən bəhs edən “Qarabağ 25 ildə tanınmamağa alışıb” (“Карабах за 25 лет научился быть непризнанным”) adlı analitik yazı www.rian.ru saytından çıxarılıb. Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxinə məsələ ilə bağlı etiraz notası təqdim etmişdir.