Sarkisyanın aprel qorxusu - Seçkilər təxirə salınır (VİDEOXƏBƏR)

Sarkisyanın aprel qorxusu - Seçkilər təxirə salınır (VİDEOXƏBƏR)
  27 Yanvar 2017    Oxunub:3491
Ermənistan prezidenti Serj Sarkisyan ötən gün rəhbəri olduğu Respublika partiyasının iclasında aprel ayının 2-ə təyin olunan parlament seçkilərinin vaxtının dəyişdirilməsinə qarşı olmadığını bildirib.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, seçkilərin 4-5 gün təxirə salına biləcəyi mümkündür, lakin bunun üçün bütün iştirakçılar məlum olmalıdır.

Erməni prezident vurğulayıb ki, yalnız bundan sonra razılığa gəlmək olar.

“Hesab edirəm ki, seçkiləri bir neçə gün təxirə salmağa heç nə mane ola bilməz. Əgər biz siyasi razılığa gələ bilsək, onda mən əminəm ki, bizim hüquqşünaslar buna rahatlıqla izah verə biləcək və seçki prosesi bundan zərər görməyəcək. Bir az səbr edək, gözləyək, nə olacağına baxaq”.

Qeyd edək ki, Ermənistan ictmaiyyəti aprel döyüşləri ilə əlaqədar ayın 2-də təyin olunan seçkilərin təxirə salınmasını istəyir. Bildirilir ki, həmin gün ermənilər üçün faciəvi gündür.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti