`Qafqaz`ın 700 bal toplayan tələbələri: `Köçürülmək istəmirik`(VİDEOXƏBƏR)

`Qafqaz`ın 700 bal toplayan tələbələri: `Köçürülmək istəmirik`(VİDEOXƏBƏR)
  27 Yanvar 2017    Oxunub:6346
Fəaliyyəti dayandırılan "Qafqaz" Universitetinin tələbələrinin hansı ali təhsil müəssisələrinə köçürüləcəyi dəqiq bilinmir. Tələbələrin köçürülməsi ilə bağlı Təhsil Nazirliyində yaradılan İşçi qrupunun rəhbəri, Təhsil Nazirliyinin aparat rəhbərinin müavini Yaqub Piriyev bildirib ki, 700 bal toplayan tələbələr istədikləri universitetləri özləri seçəcəklər.

700 balla rekorda imza atan təbələr hansı universitetlərdə təhsillərini davam etdirmək istəyirlər?

“Qafqaz” universitetinin ingilis dili və kompüter mühəndisliyi fakültəsinin toplayan tələbəsi Firuz Abdullayev hələ seçim etmədiyini deyib. O, bunu ixtisası üzrə digər ali təhsil məktəblərində fakültələrin olmaması ilə əlaqələndirib.

“Köçürülmək istəmirik. İxtisasım üzrə başqa universitetlərdə fakültə yoxdur. Yalnız Xəzər Universitetində belə ixtisas var, orda isə təhsil burdakı kimi yaxşı deyil. Bizə deyirlər ki, universitet bəzi fənlər üzrə fəaliyyətini davam etdirəcək. Bundan əlavə, Təhsil Nazirliyi də buranın tələbələri üçün ən yaxşı imkanların yaradılacağını bildirib. Yəqin ki, təkliflər olacaq və biz seçim edəcəyik. Hazırda mən 5 illik tədris üzrə 2-ci kursdayam. Birinci il hazırlıq kursudur, ikinci il isə ixtisas üzrə dərslərə başlanılır”.

Universitetin mexanika mühəndisliyi fakültəsinn 700 bal toplayan tələbəsi Əli Allahverdiyev də hələ qərar vermədiyini deyib: “Bütün məsələlər aydınlaşsın, o zaman bir seçim edərəm. Hələ qərar verməmişəm”.

“Qafqaz”ın kimya mühəndisliyi fakültəsinin 3-cü kursunda (5 illik tədris üzrə) oxuyan Fatimeyizəhra Nəbizadə tələbə yoldaşları kimi seçim etməyib. O. bunu imtahanlarla əlaqələndirib.

“Hazırda imtahanlarımızla məşğuluq. Gələcəyə dair bir plan qurmamışam. İnanıram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, yanvarın 16-da təsisçinin qərarı ilə Qafqaz Universitetinin ləğvetmə prosesinə başlanılıb və ləğvetmə komissiyası yaradılıb.



Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti