`O, ölümünü qabaqcadan bilirdi...` - Hamlet Xanızadə ilə bağlı xatirələr (VİDEOXƏBƏR)

`O, ölümünü qabaqcadan bilirdi...` - Hamlet Xanızadə ilə bağlı xatirələr (VİDEOXƏBƏR)
  04 Fevral 2017    Oxunub:18230
Akademik Milli Dram Teatrında xalq artisti, görkəmli teatr və kino xadimi Hamlet Xanızadənin 75 illik yubileyi ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə Hamlet Xanızadənin Azərbaycan kinosu və teatrının inkişafındakı xidmətlərindən danışılıb. Sənət dostları onunla bağlı xatirələrini bölüşüblər.

Akademik Milli Dram Teatrının direktoru, xalq artisti, rejissor Azərpaşa Nemətov söyləyib: “Hamlet Xanızadə ilə işləmək mənə də qismət olub. Onunla çalışmaqdan böyük zövq almışam. Yaradıcı prosesdən başlayan dostluğumuz həyatda da davam edib. Onun ən böyük uğurlarından biri "İblis" tamaşası idi ki, bu tamaşada “iblis” obrazını xüsusi məharətlə ifa edib. “Xəyyam” da çox çətin, ağır bir olun ifaçısı idi. Bütün çətin rolları həmişə ona verirdilər. Bilirdilər ki, öhdəsindən gələcək.

Bir dəfə bacımı xəsətxanaya aparmışdım. Həmin vaxtda Hamlet Xanızadə avtomobil qəzası keçirmişdi. Xəstəxanada yatırdı. Xəstəxanada məni görəndə soruşdu ki, nə olub, ona baş çəkməyə getmişəm. Dedim, yox, sənin yanına sabah gələcəkdim. Bu gün hadisə olduğuna görə bacımı gətirmişəm. Həmin an həkimləri çağırdı, bizə dəstək oldu. Baxmayaraq ki, ağır əməliyyat keçirmişdi. Mən onun insan obrazı qarşısında baş əyirəm”.



Xalq artisti, aktrisa Firəngiz Mütəllimova:”Hamlet Xanızadə deyəndə gözümün qabağına ağ və qara rənglər gəlir. Çünki o, bu rəngləri çox sevirdi. Ya ağ ,ya da qara rəngdə köynəkdə olurdu. Onun “İblis” tamaşasındakı monoloqunu unuda bilmirəm. Hələ də qulaqlarımda səslənir. Xoşbəxətm ki, səhnədə belə bir aktyorla tərəf müqabili olmuşam. Hamlet müəllimdən hər zaman qayğı, dəstək görmüşəm”.

Xalq şairi Nəriman Həsənzadə çıxışnda deyib: “Hamlet Xanızadə “Topal Teymur” obrazında elə yeriyirdi ki, adam mat qalırdı. Fikirləşirdim ki, doğurdan bunun ayağının biri gödəkdir. Belə istedadlı adamlar hər zaman doğulmur”.



Xaql artisti, aktyor Rafiq əzimov: “Onunla çox yaxın olmuşuq. Gecə- gündüz bir yerdə idik. Anası bizi doğma balasından da çox istəyirdi. Hamlet xoşbəxt sənətkar idi. Mənə elə gəlir ki, o, öz ölümünü qabaqcadan bilirmiş deyə, bu qədər obrazlar yaratdı.

Hamletin 49 yaşında haqq dünyasına qovuşması bizi çox incitdi. 20 Yanvar hadisələrindən sonra çox sarsılmışdı. Bu, da birbaşa onun səhhətinə təsir göstərdi. Emosional, xalqını sevən, əsl kişi xarakterinə sahib olan bir insanın ürəyi bu faciələrə dözmədi. Gözlərini əbədi yumdu”.



Şahanə RƏHİMLİ

Qalereya




Teqlər:  





Xəbər lenti