Nazirlər bir-birini təriflədi

Nazirlər bir-birini təriflədi
  27 Fevral 2013    Oxunub:2066
ABŞ Almaniya ilə dostlaşır
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri Berlində Almaniya kansleri Angela Merkellə görüşüb. Bağlı qapılar arxasında baş tutan danışıqların əsas müzakirə mövzusu Almaniya və Birləşmiş Ştatlar arasında əlaqələrin inkşaf etdirilməsi olub. İki ölkə arasında həm siyasi, həm də iqtisadi müstəvidə yeni münasibətlərin formalaşdırılması nəzərdə tutulur. Almaniya kansleri görüşdən sonra bildirib ki, ölkəsi ilə Amerika arasında yalnız ortaq dəyərlər yox, həm də ortaq vəzifələr var.
Əfqanıstan, Suriya və Yaxın Şərq münaqişələrində olduğu kimi, əksər məsələlərdə Berlinlə Vaşinqtonun mövqeləri üst-üstə düşür. Merkel bəyan edib ki, ölkəsi sözügüdən məsələlərdə Birləşmiş Ştatları sona qədər dəstəkləməyə hazırdır. Amerikalı diplomat isə qeyd edib ki, Almaniya ölkəsi üçün ən vacib və güclü müttəfiqlərdən biridir.
Son vaxtlar məhz Merkelin səyi nəticəsində Amerika-Almaniya əlaqələrinin daha da gücləndirildiyini deyən Kerri bu dəstəyə görə xanım siyasətçiyə təşəkkürünü bildirib. O qeyd edib ki, Vaşinqton yalnız siyasi müstəvidə yox, həm də iqtisadi sahədə Almaniya ilə əlaqələri dərinləşdirmək niyyətindədir.
Kerri hesab edir ki, artıq Almaniya Avropada güc mərkəzinə çevrilib. Bu ölkə iqtisadi böhrandan əziyyət çəkməyən Avroa dövlətlərindən biridir.


Teqlər:





Xəbər lenti