Ermənistan ordusu böyük itki verib - 162 hərbçi ölüb (VİDEOXƏBƏR)

Ermənistan ordusu böyük itki verib - 162 hərbçi ölüb (VİDEOXƏBƏR)
  09 Fevral 2017    Oxunub:54435
Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hesabatına görə, 2016-cı ildə Ermənistan Silahlı Qüvvələrində ölüm və intihar hallarının sayı kəskin şəkidə artıb.

AzVision.az “Tert.am”-a istinadən xəbər verir ki, hesabata əsasən, 2016-cı ildə Ermənistan ordusunda 162 ölüm faktı qeydə alınıb. Bu da 2015-ci ildə qeydə alınan göstəricidən iki dəfədən çoxdur. Həmin il Ermənistan ordusunda 76 ölüm halı baş verib.

Ermənistan ordusunda ötən il ən böyük itki 1-5 aprel tarixlərində olub. Hesabata görə, 77 ölüm faktı aprel döyüşləri zamanı qeydə alınıb. Yerdə qalan 85 ölüm faktından 34-ü atəşkəs rejiminin pozulması nəticəsində, 19 bədbəxt hadisə, 13 qətl, 13 intihar, 4 hərbi qaydaların kobud şəkildə pozulması zamanı və 2-si isə sağlamlıq problemləri nəticəsində baş verib.

Erməni KİV məlumatı Ermənistan Müdafiə Nazirliyindən dəqiqləşdirmək istəsə də, nazirlik bu məsələnin kofendensial və dövlət sirri olduğunu bildirib.

Qeyd edək ki, Ermənistan ordusunda qeydə alınan ölüm faktları açıqlanan statistikadan xeyli çoxdur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuz yalnız aprel ayında düşmən təxribatının qarşısını alarkən erməni tərəfi xeyli saytda itki verib. 4 günlük döyüşlərdə Ermənistan tərəfi həm canlı qüvvə, həm də döyüş texnikası baxımından böyük tələfata məruz qalıb. Düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edilib, 320 döyüşçü öldürülüb, 500-dən artıq döyüşçüsü yaralanıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti