Fransa parlamenti bəyanat verdi

Fransa parlamenti bəyanat verdi
  27 Fevral 2013    Oxunub:2785
Bu gün bir qrup fransız deputat və senator dünən Fransa parlamentində azərrbaycanlı tələbələrin ermənilər tərəfindən döyülməsi faktını pisləyiblər.
Məlumata görə, bəyanatda qeyd olunur ki, dünən erməni təşkilatlarının Fransa Milli Assambleyasında təşkil etdikləri tədbirdə Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov ermənilər tərəfindən vəhşicəsinə döyülüblər: “Gənc xanım döyülüb, tələbə oğlanın isə qabırğası sındırılıb. Bundan sonra döyülmüş tələbələr Assambleyanın 9-cu otağında sığınacaq tapıblar və burada iclas keçirilməsinə rəğmən millət vəkilləri Jan-Lui Borlo, Jan-Mari Bokel Silvi Qoy-Şavan onlara yardım göstəriblər.

1991-ci ildən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi ucbatından Azərbaycan və Ermənistan müharibə vəziyyətindədirlər. Burada söhbət Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayonun işğalından gedir və beynəlxalq qurumlar bu əraziləri Azərbaycanın ərazisi kimi qəbul edir.

Bu həftə Xocalı soyqırımının ildönümünə görə gərginlik müşahidə olundu. Azərbaycanlılar 1992-ci il fevralın 26 Xocalı şəhərində ermənilər tərəfindən qətl edilmiş 613 nəfər mülkü insanın qətl edilməsinın 21-ci ildönümünü qeyd ediblər. Ermənilər isə həmin gün 1988-ci ildə SSRİ vaxtı Azərbaycanın Sumqayıt şəhərində ermənilərin qətl edilməsini qeyd ediblər.
Fransa Parlamenti binasında və demokratik müzakirələr çərçivəsində bu cür şiddətin baş verməsi qəbuledilməzdir. Ümid edirik ki, bu ciddi olayın günahkarları tezliklə öz cəzalarını alacaqlar”.

Bəyanatı Fransa parlamentinin üzvləri Natali Qule, Jan-Mari Bokel, Herve Morey, Silvi Qoy-Şavan, Andre Rayxard, Janni Lerqu və Jan-Luk Raytzer imzalayıblar.


Teqlər:





Xəbər lenti