Ermənistanda tələbələrin etiraz aksiyaları qızışır

Ermənistanda tələbələrin etiraz aksiyaları qızışır
  27 Fevral 2013    Oxunub:1669
Erməni tələbələrin tətilləri davam edir.
Tələbələr 18 fevral prezident seçkilərinin saxtalaşdırılmasına qarşı etiraz edirlər. Bir müddət əvvəl Yerevan dövlət Universitetinin binası qarşısında insident baş verib. Universitet aparatının rəhbəri Alik Qaribyan etirazçı tələbələrin qarşısına çıxaraq onların dağılışmasın tələb edib. Nəticəsində Ermənistan Xalq Partiyasının tələbə qanadının sədri Narel Varazdatyanla Qaribyan əlbəyaxa olublar.
Daha sonra tələbələr Tibb Universitetinə doğru hərəkət ediblər. Burada tələbə şurasının sədri Vazgen Mkrtçyan nümayişçi tələbələri nalayiq sözlərlə təhqir edib, “rədd olun və dərslərə mane olmayın” deyə onları qovub.
Polis hər cəhdlə aksiyaları yatırmağa çalışsa da buna müvəffəq ola bilmir. Hazırda tələbələr Kənd təsərrüfatı Universitetinin qarşısında aksiyalarını davam etdirilər.


Teqlər:





Xəbər lenti