“Qarabağda genişmiqyaslı əməliyyatlar başlaya bilər” - Tomas de Vall (VİDEO)

“Qarabağda genişmiqyaslı əməliyyatlar başlaya bilər” - Tomas de Vall (VİDEO)
  01 Mart 2017    Oxunub:15694
Son vaxtlar Dağlıq Qarabağ münaqişəsi zonasında müşahidə olunan gərginlik yazda genişmiqyaslı əməliyyatların başlanması ilə nəticələnə bilər. Tərəflərdən biri və ya hər ikisi müharibə etmək istəsə, onları kiminsə dayandırması çətin olar.
AzVision.az xəbər verir ki, bunu Karnegi fondunun elmi işçisi, Cənubi Qafqaz üzrə ekspert Tomas de Vall “1in.am” saytına müsahibəsində deyib.

Tomas de Vall, həmçinin münaqişə zonasında yenidən gərginliyin olacağı təqdirdə həmsədr ölkələrin tərəflərə reaksiyasından danışarkən qeyd edib ki, bu ölkələrin tərəfləri saxlamaq üçün heç bir praktiki vasitələri yoxdur: “Rusiya regionda ən təsirli oyunçudur. Hazırda BMT-də, ATƏT-də kulisarxası diplomatiya gedir, tərəfləri yeni müharibə təhlükəsi barədə xəbərdar edirlər. Lakin tərəflərdən biri və ya hər ikisi müharibə etmək istəsə, onda onları kiminsə dayandırmaq imkanı olduqca azdır”.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   Qarabağ   Müharibə   Ermənistan   Münaqişə  





Xəbər lenti