290 nəfər sel daşqınlarının qurbanı olub- (VİDEO)

290 nəfər sel daşqınlarının qurbanı olub- (VİDEO)
  05 Aprel 2017    Oxunub:5854
Kolumbiyada baş verən sel daşqınları nəticəsində ölənlərin sayı 290 nəfərə çatıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Putumayo departamentində baş verib.

Məlumata əsasən, ölənlərdən 186 nəfərin kimliyi müəyyən edilib. Onlardan 144-ü yeniyetmədir. Təbii fəlakət zamanı 332 nəfər xəsarət alıb. Şəhərin içməli su ilə təminatında  problemlər yaşanır, evlərin 80 faizi işıqsız qalıb.  
 
Təbii fəlakətlə əlaqədar prezident Xuan Manuel Santos ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.


 
Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kolumbiya   Daşqın  





Xəbər lenti