Azərbaycan Cənubi Osetiyadakı seçkiləri tanımır – (VİDEO)

Azərbaycan Cənubi Osetiyadakı seçkiləri tanımır –  (VİDEO)
  10 Aprel 2017    Oxunub:2710
Xarici İşlər Nazirliyinin Cənubi Osetiyada keçirilmiş qondarma seçkilər və referendumla əlaqədar bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bəyənatda Azərbaycan Respublikası Cənubi Osetiyanın müstəqilliyini və nəticə etibarilə, 9 aprel 2017-ci ildə Cənubi Osetiyada keçirilmiş qondarma seçkiləri və referendumun nəticələrini tanımadığı vurğulanır.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi inanır ki, Cənubi Osetiya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışıqların davam etdirilməsi zəruridir.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: XİN   Azərbaycan   CənubiOsetiya  





Xəbər lenti