Peterburq terrorçusu belə ələ keçirildi - VİDEO

Peterburq terrorçusu belə ələ keçirildi - VİDEO
  18 Aprel 2017    Oxunub:9981
Sankt-Peterburq metrosunda törədilən partlayışın təşkilatçılarından olan Abror Əzimovun həbsinin görüntüləri yayılıb.
AzVision.az-ın məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) keçirdiyi əməliyyatla ələ keçirilən Orta Asiya əsilli Əzimov canlı bomba Əkbərcan Cəlilovu terror hücumuna hazırladığını bildirilib.

Məlumata görə, 1995-ci il təvəllüdlü kamikadze Cəlilov əslən Qırğızıstanlıdır.

27 yaşlı Əzimovun Rusiya İstintaq Komitəsində dindirilməsi davam edir.

Qeyd edək ki, aprelin 3-də Sankt Peterburq metrosunda törədilən terror aktı zamanı 14 nəfər həyatını itirmiş, 40-dan çox adam yaralanmışdı. Ölənlərdən biri azərbaycanlıdır.



Bəxtiyar Məmmədov
AzVision.az


Teqlər: Rusiya   SanktPeterburq  





Xəbər lenti