Nazirlik təqaüdlərin gecikmə səbəbini açıqladı

Nazirlik təqaüdlərin gecikmə səbəbini açıqladı
  28 Fevral 2013    Oxunub:1423
Tələbələrin təqaüdlərinin gecikməsinin səbəbi yeni ildə büdcənin formalaşması ilə bağlı olduğu bildirilib.
Təhsil Nazirliyi bu ilin əvvəlindən bəzi ali və orta ixtisas məktəblərində tələbə təqaüdlərinin gecikdirilməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə APA-ya açıqlamasında deyib ki, ölkənin bəzi ali və orta ixtisas təhsili məktəblərində tələbələrə verilən təqaüdlərin gecikməsinin səbəbi yeni ildə büdcənin formalaşması ilə bağlıdır: “Hər yeni il başlayanda təzə maliyyələşmə açılır. Müvafiq sənədlərin toplanması və təsdiq olunması üçün bəzən vaxt tələb olunur. Bu il də mövcud işlərin görülməsi müəyyən vaxt aldı və tələbələrə verilən təqaüdlərdə gecikmələr qeydə alındı. Amma artıq bu problemlərin hər biri öz həllini tapıb. Ötən həftədən Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsait ayrılıb və ali, orta ixtisas təhsili müəssisələrinin hər birinə maliyyə vəsaiti verilib. Məsələ ilə bağlı Təhsil Nazirliyi olaraq ali və orta ixtisas məktəbləri ilə əlaqə saxladıq və məlum oldu ki, artıq bütün ali və orta ixtisas məktəblərində bu problem aradan qaldırılıb”.


Teqlər:





Xəbər lenti