Fransa prezidenti: “Qarabağ münaqişəsi artıq həll edilməlidir” - VİDEO

Fransa prezidenti: “Qarabağ münaqişəsi artıq həll edilməlidir” - VİDEO
  25 Aprel 2017    Oxunub:10473
"Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Fransua Olland Parisdə çıxışı zamanı bildirib.

Olland Fransanın danışıqlar prosesinə cəlb olunduğunu xatırladıb və vurğulayıb ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa məsələnin həll edilməsini istəyir.

“Bu münaqişə nəticəsində hər il gənc insanlar ölür. Son zamanlar münaqişə daha da kəskinləşib. Tərəflər artıq 23 ildən çoxdur ki, danışıqlar aparır, lakin biz həll yolunu tapmalıyıq. Çünki satus-kvo yolverilməzdir”, - deyə Fransa prezidenti vurğulayıb.


Eldar Tanrıverdiyev
AzVision.az
div>



Teqlər: Fransa   Olland   Qarabağ  





Xəbər lenti