“Erməni müğənnini tutub, o ki var döydüm” – MÜSAHİBƏ (VİDEO)

“Erməni müğənnini tutub, o ki var döydüm” – MÜSAHİBƏ (VİDEO)
  27 Aprel 2017    Oxunub:31897
“Kiminsə sinəmə pul basmasını istəmirəm”
Tanınmış rəqqasə Aytən AzVision.az-ın suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik:



-Aytən xanım, efirdə real həyatda olduğunuzdan daha kilolu görünürsünüz.

-Efir məni kök göstərir. 57 kiloyam, efirdə arıq görsənmək üçün gərək 47 kiloya düşəm. Ancaq mənə arıqlıq yaraşmır.

- Çəkini saxlamaq üçün idman edirsniz, yoxsa dieta saxlayırsınız?

-Balaca bir itim var, onun hesabına səhərlər qaçıram. Həm də o qədər işim olur ki, yemək heç yadıma düşmür.

-Gündəlik qrafikiniz necədir?

-Günüm butikdə keçir. Həftənin iki gününü dərs deyirəm. Axşamlar olarsa, xınayaxdıya ,toy məclisinə gedirəm.



-Butik sizin özünüzə məxsusdur?

-Bəli, may ayında bir il tamam olacaq. Təzə-təzə açılanda çətinliklərim olurdu, amma indi düzəlib. Ora kifayət qədər böyük məbləğdə pul qoymuşam.

-Eşitdiyimə görə butikdə satılan ayaqqbıların dizaynını siz verirsiniz. Deməli rəqqasəliklə yanaşı rəssamlıq qabiliyyətiniz də var?

-Yox, rəssam qıza dizaynı başa salıram, o da onların eskizini hazırlayır. Sadəcə modeli mən təklif edirəm. Parçalarını Yunanıstandan sifariş veririrəm. Çox baha başa gəlir. Hər ayaqqabıdan bizdə 7 ədəd olur. İstəmirəm çox yayılsın. Düzdür, sayları az olduğuna görə, mənə baha başa gəlir.

-Ən bahalı ayaqqabınızın qiyməti nə qədərdir?

-Məsələn, bizdə qış ayaqqabısı var ki, qiyməti 700 manatdır. Yay üçün isə 350-400 manatlıq ayqqabılarımız da var.

-Müştəriləriniz arasında tanınmış şəxslər varmı? Vəzifəli şəxslərin xanımları butikinizə müraciət edirlərmi?

-Vəzifəli şəxslərin xanımlarının adlarını bilmirəm. Amma bizim butikə tez-tez gəlirlər. Şou -biznes aləmindən Günay İbrahimli, Nazənin, Roza Zərgərli, Aşıq Nazilə və digərləri bizim müştərilərimiz olub. Şou -biznes nümayəndələrinin çox cəlb olunmasnı istəmirəm. Seçim edirəm.

-Niyə məhz ayqqabı butiki, digər geyim formaları da ola bilərdi?

-Ayaqabı mənim xobbimdir. Uşaq vaxtından həmişə ayqqabım çox olub. Bir ayaqqabıya iki min dollar verdiyim vaxtlarım olub. Heç həvəsdən düşmürəm. Bir -iki yerdə yayımladılar ki, Aytən butikə qoyduğu pulu batırıb.Batıesam belə vecimə olmaz. O qədər həvəslə işləyirəm ki, xərcimi artıqlaması ilə çıxardıram. İkinci butiki açmağı fikirləşirəm.

-Müsahibələrdən birində efirlərə oriental kliplərin buraxılmadığını, kliplərinizin bu səbəbdən Türkiyə kanallarında yayımlandığını demişdiniz. Yerli telekanallarda kliplərinizi niyə efirə buraxmırlar, səbəb nə göstərilir?

- Bizdə klipi qəbul edərkən geyimlərimizlə bağlı narazılıq edirlər. Deyirlər ki, klipdə açıq-saçıq geyimlərdə rəqs etmisiniz. Mən başa düşmürəm, oriental rəqsi çarşabda oynamalıyam? Onda bunun nəyi ərəb rəqsi oldu?

Mən demirəm ki, göbəyi açıq paltarlar geynirəm, 10 ildir bağlı geyinirəm. Buna baxmayaraq, belə səbəblərər görə problemlər yaşanır. İndi hansı kanal oriental klipi qəbul edir? Bir tək ATV -dir , bu da mənə sərf etmir. Bir kanala görə klip çəkdirməyə dəyməz. Burada gərək rejisssora ayrı, efirə ayrı pul verəsən. Türkiyədə isə vəziyyət başqadır. Orada sən hansı kanalı seçirsənsə, oranın yaradıcı heyyəti sənin üçün işləyir.

-İnsanlar açıq-saçıqlığı əsas gətirib efirlərə oriental rəqqasların çıxmasına, onların kliplərinin getməsinə etiraz edirlər. Amma sizi kifayət qədər böyük məbləğ verməklə toy məclislərinə dəvət edirlər.

-Əvvəllər mən belə şeylərə görə çox əsəb keçirirdim. İndi vecimə də deyil, bəzi sözləri bu qulağımdan alıb, o qulağımdan verirəm. Dərsimlə, rəqsimlə məşğulam, xaricə işlə bağılı gedib gəlirəm. Arada məclislərim olur ki, onları açıqlaya bilmirəm. Çünki çox imkanlı, tanınmış adamların məclisləridir. Bir sözlə, başım çox qarışıqdır.



-Son vaxtlar daha çox qadınların məclislərinə getdiyinizi dediniz. Bu məclislərin digər məclisdən fərqi nədədir ki?

-Bəli, ən çox qadın məclislərinə gedirəm. Düzdür, toyda da oluram. Ancaq mən şabaş yığmıram. Səhnədə oynayıb, danışdığım pulu alıb çıxıram. Kiminsə sinəmə pul basması və ya şabaş verməsi kimi şeyləri sevmirəm. Belə şeylər mənə yaraşmaz. 15 ildir rəqs edirəm, bütün yenilikləri etmişəm. İndi durub 5-10 manat yığmağa ehtiyacım yoxdur.

Çox adam deyir ki, efirlərə çıx, yaddan çıxırsan. Oriental rəqsdə o qədər yeniliklər etmişəm, niyə yaddan çıxıram ki? Bir dənə soxulcan üzə çıxıb deyə, mən yaddan çıxmaram. Onları da ortalığa mən çıxartmışam. Sadəcə olaraq bu dəqiqə başım biznesə, pul qazanmağa qarışıb. Rəqsin də, planların da öz vaxtı var.

-Orientalı buraxıb, milli rəqslə məşğul olmaq fikriniz varmı?

-Milli rəqsi oynamağı bacarıram. Amma etmərəm, 15 ildir ki, oriental rəqsdə tanınmışam.

-Saytlar yazırlar ki, Aytən məclislərə yüksək qiymətə gedir. Sirr deyilsə, məclislərə neçəyə getdiyinizi bilmək istərdik

-İnanırsınız, özlərindən yazırlar. Mənim məclislərə getmə qiymətim 800 manatla 1000 manat arasında dəyişir.

-5-6 il bundan öncə Moskvada iş adamının məclisində bir saatlıq rəqsə görə 28 min dollar qonorar aldığınızı deyirdilər. İndi də belə ürəkli iş adamları varmı?

-Həmin məclisdə 28 min yox, 34 min dollar qazanmışdım. Dostların məclislərinə indiyə kimi gedirəm. Düzdür, indi o miqdrada pul vermirlər. Daha dollar verən yoxdur. O vaxt mən 34 min götürmüşdümsə, mənim yanımda olan sənətçilər 84 min dollar almışdılar.



-Azərbaycanda oriental rəqsi daha çox kimlər xoşlayır?

- Bizdə oriental rəqsi daha çox elit insanlar sevir. Cəmiyyətimizi başa düşmək olmur. Biri tərifləyir, digəri pisləyir. Kimin nə düşündüyünü oturub dərd eləmək fikrində deyiləm. Pis iş görmürəm. Rəqslə özümə ev, maşın almışam, butik açmışam. Niyə rəqsimi pis qəbul etməliyəm ki? Çalışıram , səviyyəli, elit toylara gedim.

-Adətən, məclislərdə kişilər həyat yoldaşları yanlarında olmayanda oriental rəqsə xüsusi maraqla baxırlar.

- Bizim kişilərin qanında var, arvadları yanlarında olanda baxmırlar, olmayanda elə baxırlar ki…
Elə kişilərin aravdlarının toya geyinib gəldiyi paltarlar mənim rəqs paltarımdan açıq-saçıq olur. Mənim paltarlarım onlarınkindən bağlıdır. Məni ən çox da xanımlar sevir və onlar dəvət edir. Bəzən elə olub ki, bir ailənin toyunda neçə dəfə oynamışam. Təbii ki, ailənin kişisi istəsə belə dəvət edə bilməz. Xanım kişinin başının üstünü alar. Bir neçə dəfə çağırırlarsa, deməli xanım istəyir.

-Gecə həyatınızın olmadığını, evə bağlı olduğunuzu dəfələrlə demisiniz. Belə görünür, çevrənizdə dostlarınız o qədər də çox deyil.

-Tanışlarım çoxdur. Amma rəfiqəm yoxdur, olmasını da istəmirəm. Satıcı qızlarım var, daha çox onlarla ünsiyyətdə olmağa çalışıram .

İldə iki dəfə ailəmlə Bodrumda istirahət edirəm. Bakıda hansısa bara, kluba getmək, evə gecə saat 1-də gəlmək mənə yaraşmaz. Hara getsəm də saat 10-11-də evdə olmalıyam.

-Müsahibələrinizin birində demişdiniz ki, "həyat yoldaşım sənətimi qəbul etsə, onu kişi kimi görmərəm". Həyatınızda olan şəxs sənətinizi qəbul edirmi?

- Bizim dini kəbinimiz var, amma rəsmi nikahımız yoxdur. Əgər o, məndən rəqsi atmağımı istəyirsə, rəsmi şəkildə ailə qurmalıdır. Kəbin mənim üçün əhəmiyyətli deyil. Mən görsəm ki, o, mənimlə evlənmək istəyir, ailəsi kimi münasibət göstərir, o zaman rəqsi ataram. Həyatımda olan insan subaydır, evli olmayıb. Əgər bunu qəbul etməsə, evlənmək istəsə, qapım açıqdır. Mən kiminsə dalınca düşən adam deyiləm. Bir- birimizi istəyirik, o başqa məsələ. Qanuni evlilik istəyərdim. Yox onu qəbul etmirsə, ölənə kimi oynayacağam.



- Həmin adam deyəsən, sizə yeni ev bağışlayıb.

-Allah hər kəsə qismət etsin. Evlə bağlı xəbərlər yayılandan sonra bəzi xanımlar kişi söyüşləri ilə təhqiramiz ifadələr işlətdilər. Yeddi ildir ki, həyatımda bir nəfər var.Bu 7 il ərzində mənə nə maşın, nə ev alıb. Hər şey özümün idi. Qəfildən, xəbərim olmadan sürpiriz etdi. Almalı idi də.

-İşi, sənəti atıb, evdar xanım olmaq adətən sənət adamlarına çətin gəlir. Siz bunu bacararsınızmı?

-Mən onsuz da evimdə xanımam. Kiminsə məni xanım etməyinə ehtiyacım yoxdur. Yemək də bişirirəm, evimi də yığışdırıram. Bütün işlərimi özüm görürəm.

-Neçə yaşınıza qədər oynamaq fikriniz var?

-Hələ cavanam. Oynayıram.

-Türkiyə şou- biznesinə qatılmaq o qədər də asan məsələ deyil. Siz bu çətinliklərə baxmayaraq, buna hazırlaşırsınız.

-Şəxsən mənim üçün çətin deyil. Mənim orada evim var. Ancaq Türkiyəyə bir dəfəlik köçmək, əlbəttə, çətin olar. Ən çox onların sənət adamlarının gecə həyatları xoşuma gəlir. Onlarda gecə həyatı deyəndə, bizdəki kimi insanın ağlına bar, klub, diskoteka gəlmir. Tamam fərqli şeyləri nəzərdə tuturam.

-İllər öncə Türkiyədə erməni qızını döymüşdünüz. Bu məsələ geniş rezonans doğurmuşdu. Yenidən belə bir situasiya ilə qarşılaşsanız, necə reaksiya verərsiniz?

-Həmin hadisə 7-8 il bundan öncə olub. Türkiyənin hansısa bir kanalında Azərbaycan və Türkiyə futbol komandalarının qarşılaşmasını göstərirdilər. Mən o zaman Kiprdə idim, səhnəyə çıxacaqdım. Birdən Asiya adlı erməni müğənni Azərbaycanla bağlı söyüş söydü. Başımı qaldırdım ki, kimə söyürsən? Qayıtdı ki, sizinkilərə. Bu qızla mübahisə etdim.

Kipirdə iki illik oturma iznim olsa da, işləmək, səhnəyə çıxmaq haqqında müqaviləm yox idi. İşlədiyimi bilsəydilər, həmin an məni ölkədən çıxarardılar. Qızla dalaşandan bir neçə dəqiqə keçmişdi, menecerim zəng elədi ki, erməni qız səni şikayət edib, ehtiyatlı ol, ölkədən çıxarıla bilərsən.



Həmin vaxt qız yerindən mənə söyüş söydü. Əşyalarımı, paltarlarımı yığdım. Telefonlarımı ehtiyatla yerə qoyub, qızın yanına qayıtdım. Əlimi barın üstünə qoyub düz onun yanına hoppandım. Erməni müğənini o ki var döydüm. Şüşə boşqabı necə tullamışdımsa, başına 22 tikiş qoymuşdular.

Onun sən demə, astma xəstəliyi varmış. Özündən getdi, ayağımın altına düşdü. Bir də baxdım ki, rəqqasə olan digər bacısı üstümə gəlir. İkisini də bir- birnə qatıb yaman günə qoydum. Mənə heç nə olmadı. Təcili yardımın gəldiyini görüb arxa qapıdan taksiyə oturub Kıbrısdan çıxdım. İstanbula getdim. Orada araşdırdım ki, erməni qız məni məhkəməyə verib. Polisdən zəng gəldi ki, hadisə ilə bağlı izahat verməlisən. Getmədim. Bir ayda sonra Azərbaycana qayıtdım. Hadisənin üstündən iki-üç il keçəndən sonra yenidən Türkiyəyə gedəndə hava limanında məni saxlayıb əlimi qandallayıb, polis bölməsinə apardılar.

Dedim, erməni qızı döymüşəm, əcəb etmişəm. Polis idarəsində biləndə ki, erməni qızını döymüşəm, dedilər, yaxşı eləmisən. Səhəri gün məhkəməyə getdik.

Məhkəmədən çıxan kimi həmin erməniyə zəng edib, dedim ki, alnındakı o çapığı görəndə azəri qızını untuma. İndiyə kimi onunla düşmənik. Peşman deyiləm. Türkiyədəki hansısa fabrikin rəhbərinin erməni olduğunu biləndə onunla əlaqəni kəsirəm. Mən niyə erməniyə xeyir verməliyəm ki?Onların heç birinə bir manat dad xeyir vermərəm.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla
Video: Əhməd Xəlilov, Bəxtiyar Məmmədov



Teqlər: Rəqqasə  





Xəbər lenti