“Bu münasibət qərəzlidir”
BŞTİ-nin müdir müavini qeyd edib ki, TQDK bu gün qüvvədə olan dərslikləri monitorinq edir və onların istifadə edilməsinin qadağa olunması məsləhət görür: “Dərslikdən istifadənin qadağan olunması dərsin qadağan olunması deməkdir. Dərsin qadağan olunmasını isə heç kəs edə bilməz. TQDK-nın qərarı belə olmalıdır ki, hansısa nöqsanlar düzəldilsin və növbəti il dərslik hazırlığında nəzərə alınsın. Əgər dərsliklərin monitorinqi zamanı məqsəd dərsliyi qadağan etməkdirsə, o zaman münasibətin qərəzli olduğu görünür”.