Ərdə olduğu hər il üçün 2 milyon alacaq

Ərdə olduğu hər il üçün 2 milyon alacaq
  02 Sentyabr 2013    Oxunub:1726
Ayrılmağa hazırlaşan Ketrin Zeta-Cons və Maykl Duqlas cütlüyünün evlənməzdən əvvəl müqavilə imzaladığı məlum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müqaviləyə əsasən Ketrin Zeta-Cons Maykl Duqlasla evli olduğu hər il üçün 2 milyon 300 min dollar alacaq.

Ketrinin belə müqavilə tələb etməsinə səbəb Maykl Duqlasın birinci həyat yoldaşına bir neçə dəfə xəyanət etməsi olub. Əgər ayrlığa M.Duqlasın xəyanəti səbəb olsaydı o zaman aktyor Ketrin Zeta-Consa evli olduqları hər il üçün 2.3 milyon dollar ödəməli idi.

Qeyd edək ki, cütlüyə yaxın mənbələr bildirib ki, 18 aydır ki, onları bir yerdə görmürlər. Adı çəkilən müqavilə isə boşanmanı çətinləşdirir.

Fatimə


Teqlər:





Xəbər lenti