Pan Gi Mundan Qarabağa dəstək

Pan Gi Mundan Qarabağa dəstək
  28 Fevral 2013    Oxunub:1732
BMT-nin baş latibi Pan Gi Mun Vyanada Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşdə ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə fəaliyyətinə dəstək verdiyini bildirib.
Bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, tərəflər, həmçinin BMT-nin gündəliyində olan məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Suriyada baş verən hadisələrin müzakirəsi zamanı tərəflər dinc əhalinin, o cümlədən suriyalı ermənilərin problemlərinə toxunublar.

E.Nalbandyan, həmçinin Vyanada ATƏT-in baş katibi Lamberto Zannierlə görüşüb. Həmsöhbətlər ATƏT-in gündəliyindəki məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə ediblər.



Teqlər:





Xəbər lenti