ABŞ bunu da etdi

ABŞ bunu da etdi
  28 Fevral 2013    Oxunub:1673
Müxaliflərə 60 milyon dollarlıq yardım.
ABŞ Dövlət Katibi Con Kerri Suriyalı müxaliflərə 60 milyon dollar həcmində yardım göstərəcəyini və prezident Bəşər Əsəd rejiminə qarşı mübarizə aparan şəxslərə qida və dərman kimi hərbi olmayan yardım göndərəcəklərini açıqlayıb. Amerika Suriyada aylardır davam edən vətndaş müharibəsi ərzində ilk dəfə suriyalı müxaliflərə dəstək göstərir.

Romada nu gün baş tutan “Suriya xalqının dostları qrupu”nun növbəti iclasına qatılan Kerrinin sözlərinə görə, Amerika Əsədə istefa verməsi üçün göstərilən təzyiqləri artırmaq üçün müxaliflərə əlavə yardım göndərmək qərarına gəlib.
Kerri həmçinin Suriyadan qaçan, Türkiyə, Livan, İordaniya və İraq kimi ölkələrdə sığınacaq tapan suriyalı qaçqınlara da yardım edəcəklərini açıqlayıb.

“The New York Times”ın versiyasına görə isə, suriya müxalifətinə göstərilən yardım bununla məhdudlaşmayacaq. Qəzet Vaşinqtondakı mənbələrinə istinadən xəbər verir ki, ABŞ Azad Suriya Ordusunun əsgərlərinə təlim keçəcək, onları silah və sürsatla təmin edəcək.



Teqlər:  





Xəbər lenti